Türkiyə klubunda 18 nəfər koronavirusa yoluxub

Türkiyə klubunda 18 nəfər koronavirusa yoluxub Türkiyənin "Denizlispor" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb
Futbol
5 Yanvar , 2022 13:18
Türkiyə klubunda 18 nəfər koronavirusa yoluxub

Türkiyənin "Denizlispor" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

"Report" I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 nəfərin testi müsbət çıxıb.

Onlardan 8-nin futbolçu olduğu açıqlanıb.

Denizli klubu yanvarın 8-də "Bandırmaspor"a qarşı keçirməli olduqları XIX tur oyununun təxirə salınması üçün federasiyaya müraciət edib.

Son xəbərlər

Orphus sistemi