Türkiyə klubuna transfer qadağası qoyuldu

Türkiyə klubuna transfer qadağası qoyuldu UEFA Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü"nə transfer qadağası qoyub.
Futbol
28 Dekabr , 2020 13:11
Türkiyə klubuna transfer qadağası qoyuldu

UEFA Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü"nə transfer qadağası qoyub.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddəti bitmək üzrədir və bu səbəbdən klub cəza ilə üzləşir.

Mert bütün klublar kimi sponsor tapmaqda çətinlik çəkdiklərini sözlərinə əlavə edib: "Bunları həll etməyə çalışacağıq, başqa seçimimiz yoxdur. Həll edə bilməsək, hazırkı heyətimizlə oynayacağıq".

Son xəbərlər

Orphus sistemi