Türkiyənin "Alanyaspor" komandası yol qəzasında dünyasını dəyişən futbolçusu Yosef Şuralın forma nömrəsini əbədiləşdirib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Çexiyalı hücumçunun 90 nömrəli formasını artıq heç bir oyunçunun geyinməyəcəyi vurğulanıb. Qərar Alanya təmsilçisinin İdarə Heyətinin qərarı ilə qəbul edilib.
Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Daha 6 futbolçu da hadisə nəticəsində yaralanıb.