Türkiyə klubu ölkəyə qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi

Türkiyə klubu ölkəyə qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi Türkiyə Super Liqasında çıxış edən "Göztepe" klubu futbolçusu Andre Pokonun müqaviləsini ləğv edb.
Futbol
325
24 Noyabr , 2020 14:33
Türkiyə klubu ölkəyə qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi

Türkiyə Super Liqasında çıxış edən "Göztepe" klubu futbolçusu Andre Pokonun müqaviləsini ləğv edib.

"Report" İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin Qabon yığmasının heyətindən qayıtmaması səbəb olub.

Hazırda ölkəsində olan Poko millinin matçlarından sonra Türkiyəyə dönməyib və bu mövzuda əsaslı səbəb göstərməyib.

"Göztepe" onun mövsümün əvvəlində də komandaya 3 həftə gec qoşulduğunu xatırladıb. Poko müqaviləni kobud şəkildə pozduğu üçün klub onunla yollarını ayırıb.

Qeyd edək ki, Andre Poko 2018-ci ildən "Göztepe"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi