Türkiyə klubu erməni futbolçunu transfer etmək istəyir

Türkiyə klubu erməni futbolçunu transfer etmək istəyir Futbolçunun transfer qiyməti 3.5 milyon avrodur
Futbol
19 Avqust , 2015 14:10
Türkiyə klubu erməni futbolçunu transfer etmək istəyir

Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu yeni transferə hazırlaşır. "Report"un məlumatına görə, baş məşqçi Ertuğrul Sağlam erməni futbolçu Aras Özbilisi rəhbərlik etdiyi komandada görmək istəyir. 

Türkiyə KİV-inin yazdığına görə, artıq baş məşqçi 25 yaşlı futbolçu ilə bağlı məlumat toplayıb. Hücumameyilli yarımmüdafiəçi və hücumçu mövqeyində çıxış edə bilən Özbilisin transfer qiyməti 3.5 milyon avrodur.

Karyerası ərzində "Ayaks" və "Kuban"ın formasını geyinən Aras Özbilis 3 mövsümdür ki, Moskva "Spartak"ında çıxış edir. Hazırda futbolçunun Moskva klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi