Türkiyə klubu baş məşqçisini qovdu

Türkiyə klubu baş məşqçisini qovdu Türkiyənin "Konyaspor" komandasının baş məşqçisi istefaya göndərilib
Futbol
198
8 Fevral , 2021 16:36
Türkiyə klubu baş məşqçisini qovdu
İsmayıl Kartal

Türkiyənin "Konyaspor" komandasının baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

O, 2020-ci ilin sentyabrından Superliqa təmsilçisinə başçılıq edirdi.

Qeyd edək ki, son turda səfərdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Konyaspor" 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi