Türkiyə klubu baş məşqçisini istefaya göndərib

Türkiyə klubu baş məşqçisini istefaya göndərib Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumudits ilə yollarını ayırıb.
Futbol
7 fevral 2022 10:33
Türkiyə klubu baş məşqçisini istefaya göndərib

Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumuditsanı istefaya göndərib.

"Report" bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

"Yeni Malatyaspor" rumıniyalı baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Şumuditsa 2021-ci ilin oktyabrında komandanın sükanı arxasına keçib. Onun klubla sözləşməsi yayda başa çatmalı idi. "Yeni Malatyaspor" Superliqada 23 oyundan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi