Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu icarəyə verir

Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu icarəyə verir Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Bursaspor klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünü yenidən icarəyə verə bilər.
Futbol
1 Avqust , 2018 12:26
Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu icarəyə verir
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünü yenidən icarəyə verə bilər.

"Report" olay.com saytına istinadən xəbər verir ki, Bursa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini Türkiyənin I liqasında çıxış edən "Giresunspor"a göndərməyi planlaşdırır. Klubla Kökçü arasında ilkin danışıqlar müsbət nəticələnib.

Bildirilir ki, “Bursaspor” yığma üzvünü Türkiyənin II liqa təmsilçisi "İnegölspor" komandasına da icarəyə vermək istəyib. Lakin Kökçü bu variantı qəbul etməyib.

Qeyd edək ki, Kökçü "Bursaspor"un yeni mövsüm üçün təşkil olunan təlim-məşq toplanışında iştirak edir. O, 2017/2018 mövsümünün ikinci yarısında icarə əsasında Hollandiyanın "Valveyk” klubunda çıxş edib.

Son xəbərlər

Orphus sistemi