Türkiyə klubu Azərbaycan milli komandasının baş məşqçisinə olan borcunu ödəyib

Türkiyə klubu Azərbaycan milli komandasının baş məşqçisinə olan borcunu ödəyib Robert Prosineçki ilə Tolunay Kafkasa ümumilikdə 2 milyon 88 min lirə verilib
Futbol
1 Avqust , 2017 16:33
Türkiyə klubu Azərbaycan milli komandasının baş məşqçisinə olan borcunu ödəyib

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin “Kayserispor” klubu futbol üzrə Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Robert Prosineçkiyə olan borcunu ödəyib. 

“Report” xəbər verir ki, bununla bağlı Kayseri təmsilçisinin prezidenti Erol Bedir yazılı açıqlama ilə çıxış edib.

O bildirib ki, klubun məşqçi və futbolçulara olan ümumilikdə 36 milyon 100 lirə borcu ödənilib. Bu məbləğin 2 milyon 88 min lirəsi komandanın sabiq baş məşqçiləri R.Prosineçki və Tolunay Kafkasa çatıb.

Qeyd edək ki, Robert Prosineçki 2012-2013 mövsümündə “Kayserispor”un baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi