Türkiyə klubu 67 oyuna 20 baş məşqçi ilə yollarını ayırıb

Futbol
  • 03 oktyabr, 2023
  • 11:54
Türkiyə klubu 67 oyuna 20 baş məşqçi ilə yollarını ayırıb

Türkiyənin "Adıyaman" futbol klubu maraqlı göstəriciyə imza atıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, komanda 2-ci liqada (səviyyəcə üçüncü) keçirdiyi 67 oyun ərzində 20 baş məşqçi ilə yollarını ayırıb.

Klub son olaraq bu gün Tuğrul Metinlə vidalaşıb.

6 turdan sonra 19 kollektiv arasında 4 xalla 15-ci pillədə qərarlaşan "Adıyaman" bu müddətdə isə üç mütəxəssisi istefaya göndərib.