Türkiyə klublarından etiraz: 60 saniyə oynamayacaqlar

Türkiyə klublarından etiraz: 60 saniyə oynamayacaqlar Türkiyə Super Liqası və I liqasında çıxış edən komandalar bu həftə sonu keçiriləcək oyunlar zamanı hər iki turnirin yayımçı şirkəti olan "Digiturk beIN Media Group"a etiraz edəcəklər.
Futbol
644
18 Dekabr , 2020 17:02
Türkiyə klublarından etiraz: 60 saniyə oynamayacaqlar

Türkiyə Super Liqası və I Liqasında çıxış edən komandalar həftəsonu keçiriləcək oyunlar zamanı hər iki turnirin yayımçı şirkəti olan "Digiturk beIN Media Group"a etiraz edəcəklər.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Klublar Birliyi məlumat yayıb.

Oyunçular şirkətin ödənişləri gecikdirməsinə görə matçların start fitindən dərhal sonra 60 saniyə meydanda hərəkətsiz dayanacaq, mübarizə aparmayacaqlar.

Qeyd edək ki, həftəsonu Superliqada XIII, aşağı dəstədə isə XV turun oyunları olacaq.

Son xəbərlər

Orphus sistemi