Türkiyə Super Liqasının oyunu zamanı baş hakim köməkçisini söyüb

Türkiyə Super Liqasının oyunu zamanı baş hakim köməkçisini söyüb
Futbol
96
8 Mart , 2019 12:59
Türkiyə Super Liqasının oyunu zamanı baş hakim köməkçisini söyüb

Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun "Yeni Malatyaspor" - "Başakşehir" matçından sonra hakimlər otağında qalmaqal baş verib.

"Report"un məlumatına görə, oyunun baş hakimi Fırat Aydınus yan xətt hakimi Yusuf Bozdoğanı söyüb.

Görüşün TFF (Türkiyə Futbol Federasiyası) nümayəndəsi Cenk Altun isə bunu öz rəhbərliyinə çatdırıb. Aydınus isə xəbər tutduqdan sonra Altunla dalaşıb.

TFF Hakimlər Komitəsindən məsələ ilə bağlı izahat istəyib. İntizam Komitəsi hakimlərə 3 aydan çox cəza versə, hər iki şəxs karyeralarını başa vurmalı olacaqlar. Artıq Aydınus və Bozdoğana bu tur təyinat verilməyib. İntizam Komitəsinin qərarı açıqlananadək onlar oyunlardan kənarda qalacaqlar.

Söyüş olayı araşdırıldığı vaxt VAR sisteminin videogörüntülərindən də istifadə olunacaq.

Qeyd edək ki, martın 3-də keçirilmiş "Yeni Malatyaspor" - "Başakşehir" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.