Türkiyə Super Liqasında çıxış edən "Qaziantep" klubunun iki futbolçusu koronavirusa yoluxub.
"Report" bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçulardan əlavə klubun iki işçisinin də testi müsbət çıxıb.
Adları açıqlanmayan şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Qaziantep" Superliqanın XXXII turunda "Başakşehir"i qəbul etməlidir. Aprelin 8-də keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.