Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
"Report"un məlumatına görə, bu barədə "Hürriyet" qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.
Onunla yanaşı, daha bir neçə idman müxbiri 72 yaşlı funksionerin TFF-dəki vəzifəsini tərk etdiyini yazıb.
Qurumun rəsmi saytı məlumatı təsdiqləyib. Özdemiri bu postda Servet Yardımcının əvəzləyəciyi bildirilib.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.