Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb

Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb Fırat Aydınus fiziki imtahandan keçə bilməyib
Futbol
9 Yanvar , 2017 09:50
Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası (TFF) Fırat Aydınusu hakimlikdən kənarlaşdırıb. "Report"un məlumatına görə, TFF 44 yaşlı referiyə mövsümün qalan hissəsində heç bir təyinat verməyəcək.

Buna səbəb F.Aydınusun hakimlərin Antalya toplanışı zamanı fiziki hazırlıq testindən keçə bilməməsidir.

O, mövsümün əvvəlindəki toplanış zamanı da imtahandan keçə bilməmiş, lakin bir müddət sonra TFF tərəfindən verilən açıqamada Aydınusun testdən keçdiyi bildirilmişdi.

Qeyd edək ki, Fırat Aydınus hakimliyə 1996-cı ildə başlayıb. O, UEFA-nın Cüneyt Çakırla birgə Avropa kuboklarında ən çox oyuna təyinat verdiyi türkiyəli referilərdəndir. Lakin 2014-cü ildə FİFA hakimləri üçün aparılan YoYo testindən keçmədiyi üçün F.Aydınus beynəlxalq dərəcəli hakimlər siyahısından çıxarılıb. Təcrübəli referi cari mövsüm Super Liqada 11, I Liqada isə 1 oyun idarə edib.

Son xəbərlər

Orphus sistemi