Türkiyə çempionatının oyununda kuryoz hadisə

Türkiyə çempionatının oyununda kuryoz hadisə Futbolçu səhvən komanda yoldaşı Ufuk Kadıoğlunun formasını geyinib
Futbol
10 May , 2021 10:19
Türkiyə çempionatının oyununda kuryoz hadisə

Futbol üzrə Türkiyə 1-ci liqasının son turunun "Tuzlaspor" - "Giresunspor" matçında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, ev sahibi komandanın heyətində 46-cı dəqiqədə meydana daxil olan Fatih Safran səhvən komanda yoldaşı Ufuk Kadıoğlunun formasını geyinib.

Yalnız 14 dəqiqədən sonra futbolçunun oyuna öz forması ilə çıxmadığını görən qarşılaşmanın baş hakimi Atilla Karaoğlan görüşü saxlayaraq, ona xəbərdarlıq edib. Safran formasını dəyişdikdən sonra yenidən meydana qayıdıb.

Qeyd edək ki, matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi