Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 21:00-da start götürəcək
Futbol
4 May , 2021 17:12
Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi