Türkiyə avrokubokların qrup mərhələsindəki yerini itirdi

Türkiyə avrokubokların qrup mərhələsindəki yerini itirdi Türkiyə Super Liqasının qalibi olacaq komanda UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində yerini itirmə təhlükəsi ilə üzləşib.
Futbol
11 Dekabr , 2020 09:24
Türkiyə avrokubokların qrup mərhələsindəki yerini itirdi

Türkiyə Super Liqasının qalibi olacaq komanda UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində yerini itirmə təhlükəsi ilə üzləşib.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının qrup mərhələsinin VI turunda "Sivasspor"un İsraildə "Makkabi" (Təl-Əviv) komandasına 0:1 hesabı ilə uduzmasından sonra baş verib.

Bu mövsüm Çempionlar Liqasının qalibi öz liqasında qitənin bir nömrəli klub turnirinə vəsiqə əldə etməsə, Türkiyə çempionu qrup mərhələsinda iştirak üçün pley-offda oynayacaq.

UEFA reytinqində 13-cü pilləyə geriləyən Türkiyənin 2022/2023 mövsümündə birbaşa ÇL-in və Avropa Liqasının qrupuna komanda göndərə bilməyəcəyi dəqiqləşib. 2021/2022 mövsümünün qalibi nüfuzlu turnirdə iştirak üçün pley-offda mübarizə aparmalıdır.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən "Başakşehir" klubu da "Sivasspor" kimi avrokuboklarla vidalaşıb. 15 ildən sonra ilk dəfə qonşu ölkənin heç bir klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi