Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır

Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır 2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.
Futbol
5 Avqust , 2020 12:08
Türk klubu Səbaildən ayrılan dünya ulduzu ilə maraqlanır
Maykl Esyen

2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.

"Report" "kibrisgazetesi.com" nəşrinə istinadən xəbər verir ki, qanalı futbolçu yerli "Girne Halk Evi" klubunun maraq dairəsinə düşüb.

38 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə sözügedən ölkəyə yollanaraq Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlar aparacağı bildirilib.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martında "Səbail"ə transfer olunmuşdu. O, daha əvvəl "Lion" (Fransa), "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi