Türk azarkeşlər Bakıda Ərdoğana dəstək oldular - VİDEO

Türk azarkeşlər Bakıda Ərdoğana dəstək oldular - VİDEO Türkiyə və Uels yığmaları arasında AVRO-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər hazırda Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər.
Futbol
16 İyun , 2021 15:13
Türk azarkeşlər Bakıda Ərdoğana dəstək oldular - VİDEO
Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Uels yığmaları arasında AVRO-2020 A qrupunun II tur matçını izləmək üçün Bakıya gələn türk azarkeşlər hazırda Azərbaycan paytaxtında olan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdiriblər.

"Report" xəbər verir ki, bir qrup tərəfdar prezidentin qaldığı hotelin qarşısına toplaşaraq böyük bayraq açıb və "Türkiyə", "Türkiyə" şüarları səsləndirib.

Öz növbəsində Ərdoğan əvvəlcə hotelin eyvanından fanatları salamlayıb. O, hoteldən ayrılarkən isə azarkeşlərin yanına gedərək onlarla söhbət edib.

Bundan başqa şəhər gəzintisi zamanı azarkeşlər Ərdoğana yaxınlaşaraq, müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq. Görüşü Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tribunadan izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi