"Turan Tovuz" yaxın günlərdə Ayxan Abbasovla müqavilə imzalayacaq

"Turan Tovuz" yaxın günlərdə Ayxan Abbasovla müqavilə imzalayacaq "Turan Tovuz" klubu yaxın günlərdə yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə imzalayacaq.
Futbol
28 May , 2022 16:18
Turan Tovuz yaxın günlərdə Ayxan Abbasovla müqavilə imzalayacaq

"Turan Tovuz" klubu yaxın günlərdə yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, artıq PRO kateqoriyalı mütəxəssislə razılıq əldə olunub: "Müqavilənin detalları, klubun strategiyası, hazırlıq planı və transfer siyasəti haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, "Turan Tovuz" 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi