"Turan Tovuz" gürcüstanlı futbolçunu baxışa çağırıb

"Turan Tovuz" gürcüstanlı futbolçunu baxışa çağırıb 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" baxışa gürcüstanlı futbolçu dəvət edib.
Futbol
30 İyun , 2022 14:56
Turan Tovuz gürcüstanlı futbolçunu baxışa çağırıb

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" baxışa gürcüstanlı futbolçu dəvət edib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Onun sözlərinə görə, "Merani" klubunun mərkəz müdafiəçisi Nika Ketsuriani iyulun 1-dən Tovuz təmsilçisinin düşərgəsinə qoşulacaq.

Bölgə klubu, həmçinin, hazırda azad agent olan "Qarabağ"ın sabiq futbolçusu Faysal Rerrası sınaqdan keçirir. Komanda ilə birlikdə məşqlərdə iştirak edən 29 yaşlı Mərakeş əsilli belçikalı oyunçu ilə bağlı qərar toplanışın gedişində qəbul olunacaq.

Qeyd edək ki, Faysal Rerras "Qarabağ"ın formasını 2019/2020 mövsümündə geyinib.

Son xəbərlər

Orphus sistemi