"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Tovuz təmsilçisindən "Report"a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortia ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.