Emil Balayevin yeni komandada debütü qara görə alınmayıb

Emil Balayevin yeni komandada debütü qara görə alınmayıb Qazaxıstan Premyer Liqasında "Akjayık" və "Turan" komandaları arasında keçirilməli olan II tur qarşılaşması təxirə salınıb.
Futbol
11 Mart , 2022 11:47
Emil Balayevin yeni komandada debütü qara görə alınmayıb

Qazaxıstan Premyer Liqasında "Akjayık" və "Turan" komandaları arasında keçirilməli olan II tur qarşılaşması təxirə salınıb.

"Report"un yerli Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi əlverişsiz hava şəraiti və futbolçuların sağlamlığı üçün yüksək riskin olması göstərilib.

Hakimlər briqadası stadionun öt örtüyünü yoxladıqda qazon sahəsinin buz bağladığı, meydanın təmizlənməsi və oyuna hazırlanmasının çətin olduğu qənaətinə gəlib.

Nəticədə məsləhətləşmələrdən sonra görüşün başqa tarixə ertələnməsi qərara alınıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlamalı idi.

Qeyd edək ki, "Turan" komandasının məşqçisi Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov, qapıçısı isə yığma üzvü Emil Balayevdir. Bu, Türküstün şəhəri təmsilçisi ilə martın 4-də müqavilə bağlayan Balayevin debüt matçı olmalı idi.

Son xəbərlər

Orphus sistemi