"Neftçi" koronavirusa görə məşqləri ləğv etdi

"Neftçi" koronavirusa görə məşqləri ləğv etdi Neftçi” Futbol Akademiyası komandalarının martın 9-dək olan məşqləri ləğv olunub.
Futbol
3 Mart , 2020 14:09
Neftçi koronavirusa görə məşqləri ləğv etdi

"Neftçi” Futbol Akademiyası komandalarının martın 9-dək olan məşqləri ləğv olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.  

Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi