"Traktor" klubu Çempionlar Liqasına heç-heçə ilə başladı

"Traktor" klubu Çempionlar Liqasına heç-heçə ilə başladı Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb
Futbol
14 Aprel , 2021 20:55
Traktor klubu Çempionlar Liqasına heç-heçə ilə başladı

Futbol üzrə Asiya Çempionlar Liqasının 2021-ci il mövsümündə qrup mərhələsinin oyunlarına start verilib.

"Report"un məlumatına görə, B qrupunda mübarizə aparan İranın "Traktor" klubu ilk sınağında Özbəkistan təmsilçisi "Paxtakor"un qonağı olub. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Bu ilin martında "Neftçi"ni Təbriz təmsilçisinə dəyişən Saman Nərimancahanla "Sumqayıt"ın sabiq hücumçusu, Azərbaycan Premyer Liqasının bombardiri Peyman Babayi oyuna start heyətində başlayıb. "Səbail"in keçmiş müdafiəçisi Peyman Keşəvarz isə ehtiyatda qalıb.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesabı 53-cü dəqiqədə qonaqların heyətində Aşkan Dejagah açıb. 3 dəqiqə sonra Məhəmməd Abbaszadə fərqi 2 topa çatdırıb. Amma "Traktor" üstünlüyünü qoruya bilməyib. 69-cu dəqiqədə "Paxtakor"un əsas qol silahı, əvvəllər Azərbaycanda Zaqatala "Simurq"unun formasını geyinmiş Draqan Çeran fərqi minimuma endirib. Cəmi 6 dəqiqə sonra Şarof Mukhiddinov tarazlığı bərpa edib. 82-ci dəqiqədə Hocimat Erkinov meydan sahiblərini hesabda önə keçirib. Görüşdə son nöqtəni isə 85-ci dəqiqədə Məhəmməd Abbaszadə qoyub.

Qeyd edək ki, bu nəticədən sonra 1 xalı olan komandalar ilk iki pilləni bölüşürlər. Qrupun digər oyununda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərca" və İraqın "Əl-Kuvə" klubları üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi