"Trabzonspor"un sabiq hücumçusu pul qoyuluşuna görə futboldan kənarlaşdırıldı

"Trabzonspor"un sabiq hücumçusu pul qoyuluşuna görə futboldan kənarlaşdırıldı İngiltərə milli komandasının və Türkiyənin Trabzonspor klubunun sabiq hücumçusu Deniel Starric futbolla bağlı istənilən fəaliyyətdən kənarlaşdırılıb.
Futbol
2 Mart , 2020 21:23
Trabzonsporun sabiq hücumçusu pul qoyuluşuna görə futboldan kənarlaşdırıldı

İngiltərə milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu Deniel Starric futbolla bağlı istənilən fəaliyyətdən kənarlaşdırılıb.

"Report"un İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytına istinadən verdiyi məlumata görə, cəza iyunun 17-dək qüvvədə olacaq.

2019-cu ilin iyununda FA Starrici pul qoyuluşu barədə qaydaları pozmaqda günahkar bilib. Nəticədə forvard 4 həftəsi şərti olmaqla, 6 həftə müddətinə diskvalifikasiyaya və 75 min funt sterlinq (83,5 min avro) cəriməyə məruz qalıb. Təşkilatın apellyasiya komissiyası qərara yenidən baxıb və əvvəllər rədd edilmiş daha 2 qayda pozuntusu epizodunu sübuta yetirib. Beləliklə, Starricin cəzası sərtləşdirilib. Kənarlaşdırılmadan əlavə, o, 150 min funt sterlinq (170 min avro) cərimə ödəyəcək.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Deniel Starric İspaniya "Sevilya"sı ilə danışıqlar apardığını söyləyərək, qardaşı Leondan bu keçidə pul qoymasını xahiş edib. Yekunda o, İspaniyaya yox, İngiltərə "Vest Bromviç"inə qısamüddətli icarəyə yollanıb. "Trabzonspor" ötən həftəsonu Starriclə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. 

Son xəbərlər

Orphus sistemi