"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevin satılmasını istəyib

"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevin satılmasını istəyib Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin Trabzonspor klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ilə yollarını ayırır.
Futbol
8 Avqust , 2018 19:18
Trabzonsporun baş məşqçisi Ramil Şeydayevin satılmasını istəyib

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ilə yollarını ayırır. 

"Report" "Haberts.com" saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun təlim-məşq toplanışındakı çıxışı komandanın baş məşqçisi Ünal Karamanı qane etməyib. 

Ünal Karaman gənc oyunçu haqqında rəhbərliyə onun "Trabzonspor"un ehtiyat oyunçular skamyasında belə əyləşmək şansının olmadığını deyib və futbolçunun satılmasını istəyib. Klub rəhbərliyi isə baş məşqçinin qərarına əsasən, Ramil Şeydayevə onunla yollarını ayıracağını bildirib. 

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor" klubuna məğsus olan Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

Son xəbərlər

Orphus sistemi