"Trabzonspor" Ramil Şeydayevin transferində klubun skaut heyətini günahlandırıb

"Trabzonspor" Ramil Şeydayevin transferində klubun skaut heyətini günahlandırıb Kluba tezliklə ulduz futbolçu transfer olunmasına qərar verilib
Futbol
30 Noyabr , 2016 10:41
Trabzonspor Ramil Şeydayevin transferində klubun skaut heyətini günahlandırıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunda uğursuz transferlərin səbəbkarları müəyyənləşib.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, komandanın Super Liqada 12 oyuna 12 xalla 14-cü pillədə yer almasında mövsümün əvvəlində qurulan skaut heyəti günahkar sayılıb. Ötən tur "Trabzonspor" 10 oyunçu ilə qalan "Gənclərbirliyi"ni yenə bilməyib - 0:0. Bundan sonra klubun prezidenti Muharrem Usta baş məşqçi Ersun Yanalla görüşüb. Müzakirələrdən sonra yayda alınmış futbolçuların lazımi səviyyədə hazırlıqlı olmadıqları qənaətinə gəlinib.

Mövsümün əvvəlində qurulan və Nevzat Aydının rəhbərlik etdiyi 15 nəfərlik skaut heyəti uğursuzluğun səbəbkarı sayılıb. Heyətdə türklərlə yanaşı, Rusiya, Yunanıstan və Fransadan da üzvlər yer alıb. Klub onların fəaliyyəti üçün 300 min avro büdcə ayırsa da, indiyədək ikiqat artıq vəsait xərclənib. Skautların istəyilə alınan 5 futbolçudan biri Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev olub. Amma o, Super Liqa matçlarında meydana çıxmayıb, ölkə kubokunda isə 2 oyunda forma geyinib.

Uğursuz nəticələrdən sonra skaut heyəti tərkibinin 4-5 nəfərədək endiriləcəyi və onun Yanala tabe olacağı bildirilir. Kluba tezliklə ulduz futbolçu transfer olunmasına qərar verilib.

Qeyd edək ki, yayda Rusiya "Zenit"indən transfer edilmiş Ramil Şeydayevin qış transfer dövründə "Trabzonspor"dan ayrılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi