“Trabzonspor” “Qalatasaray”ı məğlub etdi

“Trabzonspor” “Qalatasaray”ı məğlub etdi Türkiyə Super Liqasının 30-cu turunda “Trabzonspor” “Qalatasaray”ı məğlub edib.
Futbol
441
6 İyul , 2020 00:16
“Trabzonspor” “Qalatasaray”ı məğlub etdi

Türkiyə Super Liqasında XXX turun mərkəzi matçında "Qalatasatay" “Trabzonspor”u qəbul edib.

"Report" xəbər verir ki, İstanbuldakı "Türk Telekom" stadionunda keçirilmiş qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə "Qalatasatay"ın futbolçusu Sofian Fequli birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. "Trabzonspor" say üstünlüyündən tezliklə yararlanıb. Sosa 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 70-ci dəqiqədə Filip Novak fərqi artırıb. 90+2-ci dəqiqədə “sarı-qırmızılar”dan Jan-Mikel Seri penaltidən fərqlənib. Lakin bu da matçda son qol olmayıb. 90+4-cü dəqiqədə Aleksander Sörlot "bordo-mavililər"in inamlı qələbəsini təmin edib. 

Beləliklə, xalını 61-ə çatdıran "Trabzonspor" 2-ci pillədə daha da möhkəmlənib və 63 xala malik lider "Başakşehir"i izləməkdə davam edir. 6 oyundur qalib gələ bilməyən və çempionluq yolunda ağır zərbə alan "Qalatasaray" isə 52 xalla 4-cüdür.