"Trabzonspor" əsas rəqibini məğlub edib

"Trabzonspor" əsas rəqibini məğlub edib Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü "Trabzonspor" və "Konyaspor" komandaları arasında keçirilib.
Futbol
13 fevral 2022 19:25
Trabzonspor əsas rəqibini məğlub edib

Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü "Trabzonspor" və "Konyaspor" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Trabzon şəhərindəki "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Edin Vişça 13-cü və 67-ci dəqiqələrdə vurub. Qonaqların təsəlli qoluna isə Sokol Çikaleşi imza atıb.

Bununla da 25 oyundan 60 xal toplayan "Trabzonspor" liderliyini daha da möhkəmlədib. "Konyaspor" isə 24 oyundan 48 xalla 2-ci pillədə yer alıb.

Son xəbərlər

Orphus sistemi