Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirilib

Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirilib Tovuz şəhər stadionunda I Divizionda mübarizə aparan “Turan Tovuz” klubunun əsas komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Futbol
161
23 Noyabr , 2021 09:46
Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirilib

Tovuz şəhər stadionunda I Divizionda mübarizə aparan “Turan Tovuz” klubunun əsas komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda müvafiq qaydada müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi