Tovuz şəhər stadionunun ot örtüyü yenilənir

Tovuz şəhər stadionunun ot örtüyü yenilənir Bu gündən etibarən AFFA tərəfindən Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi işlərinə başlanılıb. Hazırkı ot örtüyünün sökülməsi başa çatdıqdan sonra standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.
Futbol
19 May , 2022 17:02
Tovuz şəhər stadionunun ot örtüyü yenilənir

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" ev oyunlarını bu arenada keçirir.

Son xəbərlər

Orphus sistemi