"Tottenhem" "Vest Hem"ə qalib gəlib

"Tottenhem" "Vest Hem"ə qalib gəlib Tottenhem Hotspur İngiltərə çempionatının 31-ci turunun matçında Vest Hem Yunaytedə 2:0 hesabı ilə qalib gəlib.
Futbol
24 İyun , 2020 01:22
Tottenhem Vest Hemə qalib gəlib

"Tottenhem Hotspur" İngiltərə çempionatının 31-ci turunun matçında "Vest Hem Yunayted"ə 2:0 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, görüş Londonda "Tottenxem Hotspur" stadionunda olub.

Meydan sahibləri ilk qolu birinci hissənin sonunda vurublar. Lakin VAR sistemindən istifadə edən hakim qolu qeydə almayıb.

Beləliklə, matçda hesab ikinci hissənin ortalarında açılıb - 64-cü dəqiqədə "Vest Hem Yunayted"in oyunçusu Tomaş Souçek topu öz qapısına vurub. Matçın 82-ci dəqiqəsində Harri Keyn hesabdakı üstünlüyü artırıb.

"Tottenxem Hotspur" 45 xal yığaraq, Premyer Liqanın yarış cədvəlində yeddinci yerə yüksəlib. "Vest Hem Yunayted" 27 xalla turnir cədvəlində 17-ci yer tutur.

Son xəbərlər

Orphus sistemi