"Tottenhem" müvəqqəti baş məşqçisini açıqladı

"Tottenhem" müvəqqəti baş məşqçisini açıqladı O, Joze Mourinyonu əvəzləyib
Futbol
20 Aprel , 2021 13:28
Tottenhem müvəqqəti baş məşqçisini açıqladı
Rayan Meyson

İngiltərənin "Tottenhem" klubu Joze Mourinyonun istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçisinin adını açıqlayıb.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandaya mövsümün sonunadək Rayan Meyson rəhbərlik edəcək.

Qeyd edək ki, Joze Mourinyo ötən gün istefaya göndərilib. Portuqalıiyalı baş məşqçi 2019-cu ildən London klubunda işləyib. "Tottenhem" Premyer Liqada 32 oyundan sonra 50 xalla 7-ci pillədə qərarlaşıb. Onun sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.

Son xəbərlər

Orphus sistemi