"Tottenhem"in futbolçusu saxlanıldı

"Tottenhem"in futbolçusu saxlanıldı İngiltərənin "Tottenhem" klubunun futbolçusu Denni Rouz Northempton polisi tərəfindən saxlanılıb.
Futbol
24 Dekabr , 2020 09:02
Tottenhemin futbolçusu saxlanıldı
Denni Rouz
0 : 00
0 : 00

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Denni Rouz Northempton polisi tərəfindən saxlanılıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi dekabrın 23-də axşam saatlarında avtomobillə qəza törədib və nəticədə maşını səkiyə çırpılıb.

İngiltərəli oyunçu xəsarət almayıb, lakin avtomobilinə ziyan dəyib. Polis onu təhlükəli sürücülükdə günahlandırıb.

Əlavə araşdırmanın aparılması üçün futbolçu polis bölməsində nəzarətdə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi