"Tottenhem"in baş məşqçisi bəlli oldu

"Tottenhem"in baş məşqçisi bəlli oldu İngiltərənin "Tottenhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
240
30 İyun , 2021 15:06
Tottenhemin baş məşqçisi bəlli oldu
Nunu Eşpiritu

İngiltərənin "Tottenhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Nunu Eşpiritu Santu ilə anlaşıb.

Tezliklə 47 yaşlı mütəxəssislə müqavilə imzalanacağı gözlənilir. O, bu postda apreldə istefaya göndərilmiş Joze Mourinyonu əvəzləyəcək.

Qeyd edək ki, Nunu Eşpiritu Santu son olaraq "Vulherhempton"a rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi