İngiltərə Premyer Liqasının 20-ci turunun matçında Londonun “Tottenhem Hotspur” futbol klubu liqanın autsayderi ilə bacara bilməyib.
“Report” xəbər verir ki, “Tottenhem Hotspur” “Norveç Siti” arasında qarşılaşma “Kerrou Roud” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.
İlk hesabı 18-ci dəqiqədə “Norveç Siti”nin yarımmüdafiəçisi Mario Vrançiç açıb. Birinci hissənin sonunda “Tottenhem Hotspur”un yarımmüdafiəçisi Kristian Erikson hesabı bərabərləşdirib.
Beş dəqiqə sonra “Tottenhem Hotspur”un futbolçusu Serj Orye avtoqol vurub. Harri Keyn isə ikinci hissənin sonunda klubunu məğlubiyyətdən qurtarıb.
Hazırda “Tottenhem Hotspur” İngiltərə çempionatının yarış cədvəlində 5-ci yer tutur. Komandanın aktivində 30 xal var. “Norveç Siti” isə 13 xalla sonuncu, 20-ci yerdə qərarlaşıb.