Bakı. 21 iyul. REPORT.AZ/ Topaz Azərbaycan Premyer Liqasının titul sponsorluğundan imtina edib. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
O bildirib ki, Topazın bu imtinasında Premyer Liqanı pisləyən jurnalistlərin və bəzi klubların rolu olub. R.Musayev yeni mövsümə sponsorsuz başlayacaqlarını əlavə edib.