Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi seçilib

Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi seçilib FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını elan edib.
Futbol
17 Yanvar , 2022 22:45
Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi seçilib

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını elan edib.

"Report"un məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubuna rəhbərlik edən Tomas Tuxel layiq görülüb.

Almaniyalı mütəxəssis İtaliya millisindəki həmkarı Roberto Mançini ilə İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiolanı geridə qoyub.

"Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Emma Heyz isə ən yaxşı qadın baş məşqçi seçilib.

Qeyd edək ki, ötən il bu mükafata İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi