Tokio-2020: İrqçi ifadələr işlədən funksioner olimpiadadan kənarlaşdırılıb

Tokio-2020: İrqçi ifadələr işlədən funksioner olimpiadadan kənarlaşdırılıb Tokio-2020 Yay Olimpiya Oyunlarında velosipedin şosse növü üzrə yarışlar zamanı irqçi ifadələr işlədən Almaniya Velosipedçilər İttifaqının idman direktoru Patrik Moster cəzalandırılıb.
Futbol
29 İyul , 2021 15:22
Tokio-2020: İrqçi ifadələr işlədən funksioner olimpiadadan kənarlaşdırılıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında velosipedin şosse növü üzrə yarışlar zamanı irqçi ifadələr işlədən Almaniya Velosipedçilər İttifaqının idman direktoru Patrik Moster cəzalandırılıb.

"Report"un məlumatına görə, bu barədə Almaniya Olimpiya Komitəsi xəbər yayıb. Bildirilib, funksionerin sözləri olimpiya dəyərlərinə ziddir və ona qarşı güzəşt edilməyəcək.

Tokiodakı vəzifəsindən kənarlaşdırılan Moster Olimpiya kəndini tərk edib.

Qeyd edək ki, Patrik Moster yarış vaxtı efiopiyalı və əlcəzairli velosipedçilərdən geri qalan almaniyalı idmançı Nikias Arndta dəstək məqsədilə "Dəvə sürənlərə çat" ifadəsini işlədib. O, sonradan etdiyi hərəkətə görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi