Tokio-2020: Futbol yarışında finalçılar bəlli olub

Tokio-2020: Futbol yarışında finalçılar bəlli olub Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışında finalçılar müəyyənləşib.
Futbol
905
3 Avqust , 2021 17:35
Tokio-2020: Futbol yarışında finalçılar bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışında finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, ilk yarımfinal oyununda Braziliya və Meksika komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxt qolsuz bərabərliklə bitib. Penaltilər seriyasında "sambaçılar" daha dəqiq oynayıb və rəqibini 4:1 hesabı ilə üstələyib.

Digər matçda isə Yaponiya seçməsi İspaniya ilə qarşılaşıb. Bu görüşdə də 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 115-ci dəqiqədə Marko Asensio baxımlı qolla İspaniyaya qələbə qazandırıb - 1:0.

Beləliklə, Braziliya və İspaniya həlledici matça vəsiqə qazanıb. Final avqustun 7-də Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Digər iki kollektiv isə bürünc medal uğrunda oyuna çıxacaq. Həmin qarşılaşma isə bir gün əvvəl Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində finalçılar bəlli olub. İsveç və Kanada yığmaları qızıl medal uğrunda matça çıxacaq. Görüş avqustun 6-da Bakı vaxtı ilə 6:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi