Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları bəlli oldu - SİYAHI

Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları bəlli oldu - SİYAHI Honduras və Meksika olimpiadaya vəsiqəni təmin edib
Futbol
174
29 Mart , 2021 09:35
Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları bəlli oldu - SİYAHI

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları bəlli olub.

"Report"un məlumatına görə, son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası olimpiadaya vəsiqəni təmin edib.

Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar. Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.

Beləliklə, Tokio-2020-də iştirak edəcək 16 komandanın hamısının adına aydınlıq gəlib. Bunlar Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Yaponiya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya.

Son xəbərlər

Orphus sistemi