Tokio-2020: Braziliya millisinin heyəti açıqlandı, Neymar kənarda qaldı

Tokio-2020: Braziliya millisinin heyəti açıqlandı, Neymar kənarda qaldı Futbol üzrə Braziliya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.
Futbol
3 İyul , 2021 12:41
Tokio-2020: Braziliya millisinin heyəti açıqlandı, Neymar kənarda qaldı

Futbol üzrə Braziliya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

"Report" Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, olimpiya yığmasının baş məşqçisi Andre Jardin heyətə 22 oyunçu daxil edib.

"San Paulu" komandasında oynayan dünyanın ən titullu futbolçusu 38 yaşlı Daniel Alveş, İngiltərə "Everton"undan Rişarlison və "Arsenal"dan Qabriel Martinelli də siyahıda yer alıb.

Fransanın PSJ klubunda çıxış edən Neymar isə olimpiadada olmayacaq.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Braziliya seçməsi F qrupunda Çin, Zambiya və Niderlandla mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi