Tokio-2020: Almaniya millisi irqçiliyə görə meydanı tərk etdi

Tokio-2020: Almaniya millisi irqçiliyə görə meydanı tərk etdi Almaniyanın olimpiya yığmasının futbolçuları Hondurasla yoldaşlıq matçı zamanı meydanı tərk ediblər.
Futbol
942
17 İyul , 2021 15:43
Tokio-2020: Almaniya millisi irqçiliyə görə meydanı tərk etdi

Almaniyanın olimpiya yığmasının futbolçuları Hondurasla yoldaşlıq matçı zamanı meydanı tərk ediblər.

"Report"un millinin rəsmi saytına istinadən məlumatına görə, buna Bundestimin müdafiəçisi Cordan Torunariqanın irqçi təhqirə məruz qalması səbəb olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan görüşdə Honduras millisinin oyunçularından biri qaradərili futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib. Nəticədə almaniyalılar görüşün başa çatmasına 5 dəqiqə qalmış meydandan çıxıblar.

Yaponiyanın Vakayama şəhərində oynanılan qarşılaşmada hesab 1:1 olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi