"Tofiq Bəhramov mükafatı"nın sahibləri mükafatlandırılıb

"Tofiq Bəhramov mükafatı"nın sahibləri mükafatlandırılıb Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə fərqlənmiş referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.
Futbol
28 İyun , 2022 13:02
Tofiq Bəhramov mükafatının sahibləri mükafatlandırılıb

Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə fərqlənmiş referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında keçirilmiş tədbirdə qurumun baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və futbol veteranı Rüstəm Rəhimov iştirak edib.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi Elçin Məsiyev və referi köməkçisi Namik Hüseynov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsinin və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub, komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi