​Tofiq Bəhramovun yubileyində veteranlar hakimləri məğlub edib

​Tofiq Bəhramovun yubileyində veteranlar hakimləri məğlub edib Tədbirə sabiq FIFA referiləri də dəvət edilib
Futbol
29 Yanvar , 2015 16:43
​Tofiq Bəhramovun yubileyində veteranlar hakimləri məğlub edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubileyi qeyd olunub. "Report"un məlumatına görə, tədbirə AFFA rəsmiləri, veteranlar və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin digər nümayəndələri ilə yanaşı, sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) da qatılıb. 

Qonaqlar əvvəlcə Tofiq Bəhramovun məzarını ziyarət edib. Ardından “Neftçi”nin veteranları və hakimlərdən təşkil olunmuş komandalar arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunub. Qarşılaşma veteranların qələbəsi ilə başa çatıb - 10:5.

Komandalar aşağıdakı heyətlə çıxış edib:

"Neftçi" veteranları: Hüseyn Məhəmmədov, Vəli Qasımov, Mahmud Qurbanov, Nazim Süleymanov, Əli Abışov, Musa Qurbanov, İqor Getman.

Hakimlər: Ramiz Əhmədov, Tahir Süleymanov, Vüsal Əliyev, Fariz Yusifov, Rəhim Həsənov, Babək Quliyev, İmamxan Sultani, Anar Salmanov.

Qeyd edək ki, yubiley tədbirinə bu axşam restoranların birində keçiriləcək mərasimlə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi