Turan Bayramov: "EYOF-dakı qızıl medalımı valideynlərimə və məşqçilərimə həsr edirəm"

Turan Bayramov: "EYOF-dakı qızıl medalımı valideynlərimə və məşqçilərimə həsr edirəm" İlk 2 görüşümdə tam üstünlüklə qalib gəlsəm də, yarımfinal və final qarşılaşmalarım çətin keçdi. Qızıl medal qazandığım üçün çox şadam. Bu titulumu valideynlərimə və məşqçilərimə həsr edirəm.
Futbol
24 İyul , 2019 20:52
Turan Bayramov: EYOF-dakı qızıl medalımı valideynlərimə və məşqçilərimə həsr edirəm

"İlk 2 görüşümdə tam üstünlüklə qalib gəlsəm də, yarımfinal və final qarşılaşmalarım çətin keçdi. Qızıl medal qazandığım üçün çox şadam. Bu titulumu valideynlərimə və məşqçilərimə həsr edirəm".

"Report"un məlumatına görə, bunu Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov deyib.

60 kq çəki dərəcəsində birinci olan gənc idmançı finalda yendiyi rusiyalı Ruslan Maqomadova Avropa birinciliyində də qalib gəldiyini xatırladıb. O, 2019-cu ilin özü üçün uğurlu keçdiyini və qarşıdakı dünya çempionatında da eyni nailiyyətə imza atmağı hədəflədiyini dilə gətirib. Cüdoçu festivaldakı qələbəni indiyəqədərki uğurları arasında birinci yerdə gördüyünü də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi