Tibo Kurtua: "Uzaq səfərlərdə problem görmürəm, Bakıya 6 saatadək yol qət etmişdik"

Tibo Kurtua: "Uzaq səfərlərdə problem görmürəm, Bakıya 6 saatadək yol qət etmişdik" "Ambisiyamız çox aydındır: Oyunlarımızı qələbə ilə başa vurmaq və mümkün qədər irəli getmək"
Futbol
30 İyun , 2018 10:09
Tibo Kurtua: Uzaq səfərlərdə problem görmürəm, Bakıya 6 saatadək yol qət etmişdik

Bakı. 30 iyun. REPORT.AZ/ "Dünya çempionatında asan oyun yoxdur".

"Report"un məlumatına görə, bunu Belçika milli komandasının qapıçısı Tibo Kurtua Yaponiya yığması ilə keçirəcəkləri 1/8 final matçından öncə mətbuat konfransında deyib. İngiltərənin "Çelsi" klubunda çıxış edən 26 yaşlı qolkiper bildirib ki, uzun yol onlara problem yarada bilməz: "Soçi, Moskva və Kalininqraddakı qrup oyunlarından sonra 1/8 final matçımızı Rostov-Donda keçirəcəyik. Əlbəttə, Moskvada qalsaydıq, bizə daha asan olardı. Lakin biz ötən il "Çelsi"də həftəiçi "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinin oyunu üçün Bakıya 6 saatadək yol qət etmiş, sonra isə İngiltərə qayıdaraq, həftəsonu "Liverpul"la matça çıxmışdıq. Bu baxımdan, uzaq səfərlə bağlı problem görmürəm".

Report/Firi Salim

Belçika Yaponiyaya qalib gəlsə, 1/4 finalda 5 qat dünya çempionu Braziliya ilə qarşılaşa bilər. Lakin Kurtuanın fikrincə, dünya çempionu olmaq üçün hamı üzərində qələbəni bacarmalıdırlar: "Ambisiyamız çox aydındır: Oyunlarımızı qələbə ilə başa vurmaq və mümkün qədər irəli getmək. Çempionata yaxşı imic bəxş etmək istəyirik. Lakin özümüzdən daha yaxşı komandaya uduzsaq, bunu qəbul etməli olacağıq".

Belçikalı qapıçı dünya çempionatında hələlik portuqaliyalı Rui Patrisiu, uruqvaylı Fernando Muslera və meksikalı Gilyerme Oçoanın özlərini yaxşı tərəfdən göstərdiklərini də əlavə edib.

Qeyd edək ki, iyulun 2-də "Rostov Arena"da keçiriləcək Belçika - Yaponiya matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.   

Son xəbərlər

Orphus sistemi