"The Best": Millimizin baş məşqçisindən maksimum göstərici

"The Best": Millimizin baş məşqçisindən maksimum göstərici Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.
Futbol
528
18 Dekabr , 2020 00:06
The Best: Millimizin baş məşqçisindən maksimum göstərici
Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis hər 3 nominasiya üzrə düzgün seçim edib.

Belə ki, o, ən yaxşı qapıçı kimi Almaniya "Bavariya"sında Manuel Noyerə, baş məqçi kimi İngiltərə "Liverpul"undan Yurgen Kloppa, futbolçu kimi isə yenə də Münhen təmsilçisindən Robert Levandovskiyə səs verib. Hər 3 şəxs müvafiq nominasiyalar üzrə qalib olub.

Yığmanın kapitanı Maksim Medvedev də Kloppla Levandovskini "The Best" mükafatına layiq görüb.

Son xəbərlər

Orphus sistemi